Lukaşeviç: ABŞ danışıqları baltaladı

  • By admin
  • 15 Aprel 2018 09:55


ABŞ, Britaniya və Fransa Suriyaya hücum etməklə, aparılan danışıqları baltaladı.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. O bildirib ki, ABŞ bütün dünyada hüququ pozur:

“ABŞ Suriya, Liviya və İraqda beynəlxalq hüquq normaları və prinsiplərini pozursa, Avropada da prinsiplərə əməl etməz. Vaşinqtonun qoruduğu tək qayda “güclünün haqlı olması qaydası”dır”.

Gununsesi.info