
Gununsesi.az xəbər verir ki, Parisdə səfərdə olan ABŞ prezidenti Donald Tramp müxtəlif ölkələrin vətəndaşları tərəfindən etirazla qarşılanıb. “Femen” hərəkatının lüt qadınları da etirazçılar arasında olub.
Etiraz aksiyasında Tramp Orta Şərq və Afrikadakı ölkələrdə problem yaratmaq və silah sataraq bir çox dövlətin rahatlığını pozmaqda ittiham edilib.
Etirazçılar ABŞ-ın Fələstin probleminin həllinə mane olduğunu, İsraili dəstəklədiyini bildirərək Yəmənə silah satışının və Suriyada qətliamın dayandırılmasını tələb ediblər.
Bundan başqa, etirazçılar Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin kimi liderlərə qarşı da şüarlar səsləndirərək onları sülhü təmin etmədiklərinə görə tənqid ediblər.













