Məşhur aktyor yuxuda ikən ölüb

  • By admin
  • 15 May 2017 10:43

1494279658

Tanınmış amerikalı aktyor Pauers But dünyasını dəyişib.

Gununsesi.info CNN-ə istinadən xəbər verir ki, 68 yaşlı aktyor Los-Ancelesdəki evində bazar günü yuxuda ikən ölüb.

Qeyd edək ki, Buta böyük şöhrəti “Qayan faciəsi: Cim Consun tarixi” filmi gətirib. Bu filmdəki “ən yaxşı kişi roluna” görə “Emmi” mükafatına layiq görülüb.

“Günahlar şəhəri” və “Günahlar şəhəri-2” filmlərində But senator Rorka rolunu oynayıb.

Gununsesi.info