Mədəniyyətə yad olan ən qəribə qəbilə - FOTOLAR

  • By admin
  • 11 İyun 2017 11:46

qebile

Papua Yeni Gine qəribə maskaların, keçilməz meşələrin, donuzların çoxluq təşkil etdiyi olduqca fərqli ölkədir. Burada ayaq dəyməmiş yerlər və qəribə qəbilələr yaşayır. Palçıq Birliyi qəbiləsi buna parlaq misal ola bilər.

Palçıq Birliyi qəbiləsi mədəniyyətlə hələ də tanış olmayan bir toplumdur. Onlar bu qəribə ölkənin qərbindəki insan ayağı dəyməyən Vagi vadisində yaşayırlar. Bura “Vəhşi sərhəd” də adlandırılır. Vadidə yollara, nəqliyyat vasitələrinə, elektrik xətlərinə və mağazalara rast gəlinmir. Burada yaşayan qəbilə üzvlərinin nəinki şəxsiyyət vəsiqəsi, heç doğum haqqında şəhadətnamələri də yoxdur. Topluma daxil olanların maraqlı cəhəti odur ki, onlar üzlərinə olduqca qəribə maskalar taxırlar. Həmin maskalar gildən hazırlanır. Maska nə qədər qorxunc və təsirli olarsa, bu onun sahibinin böyüklüyünü, qüdrətini göstərir.

Mədəniyyətə yad olan bu qəbilə zaman-zaman müxtəlif toplumlar müharibələr aparmışlar. Həmin müharibələr torpaq, qadın və donuzlar uğrunda olub.

qebile1

 

qebile2

 

qebile3

 

qebile4

 

qebile5

 

qebile6

 

qebile7

Gununsesi.info