Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu

  • By admin
  • 22 May 2020 14:38

Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb.

Gununsesi.orgun “Report”a istinadla məlumatına görə, nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir.

O, 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub. V.Əliyev 2018-ci ilin mayın 18-dən Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.

 

Gununsesi.org