Məhkəmə bu bankların birləşməsinə “Yox” dedi

  • By admin
  • 11 May 2016 14:41

bankMayın 10-da Bakı Apellyasiya Məhkəməsində lisenziyaları ləğv olunmuş “Atrabank” və “Qafqaz İnkişaf Bankı”nın birləşməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

“Atrabank”ın Hüquq departamentinin rəisi Şahin Nağıyev açıqlamasında bildirib ki, məhkəmə bankların birləşməsi şərti ilə “Atrabank”ın lisenziyasının bərpa olunmasına dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını ləğv edib. Onun sözlərinə görə, hazırda təmsil etdiyi bank kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edəcək:

“Məhkəmə qətnaməsini əldə edən kimi bu istiqamətdə işə başlayacağıq”.