Məhkəmə Robert Koçaryanın həbsdə qalması barədə qərar verib

  • By admin
  • 13 May 2020 21:39
Ermənistanda keçirilən məhkəmə eks-prezident Robert Koçaryanın həbsdə qalması barədə qərar verilib.
Gununsesi.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun zaminə buraxılması üçün eks-baş nazirlər Karen Karapetyan, Vazgen Manukyan və Xosrov Arutunyan müraciət etmişdilər.
Onun koronavirus pandemiyası fonunda azadlığa buraxılması müzakirə mövzusu idi.
Robert Koçaryan 2008-ci il 1 mart hadisələri zamanı “konstitusion hakimiyyəti devirməkdə” ittiham olunur.
Gununsesi.org