Məşhur kino ulduzu Conni Depp məhkəməyə verildi

  • By admin
  • 17 İyun 2016 17:52

Conni Depp

 

Məşhur aktyor həyat yoldaşı tərəfindən məhkəməyə verilib.  Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, məhşur aktyor Conni Deppin həyat yoldaşı Ember Xerd onu yenidən məhkəməyə verib. Müraciətin əsasında  isə Deppin məhkəmə qadağalarının pozması durur. Belə ki, Xerdin sözlərinə görə Depp onların ümumi evlərinə bəzi əşyalarını götürmək üçün kimisə yollayıb. Qadağaya əsasən məhkəmə bitənədək Conni Depp həyat yoldaşına yaxınlaşa bilməz. Los-Angeles polisinin açıqlamasına görə isə evə daxil olan   Conni olmayıb və həmin şəxsin evə girməsi üçün qanuni sənədləri olub. Vəkilin bildirdiyinə görə Xerd Connidən boşanaraq 20 milyon aliment almaq istəyir.

Xatırladaq ki, Ember Xerd bədənindəki göy izlərlə polis idarəsinə gələrək Conni Deppin onu döydüyünü bildirmişdi. Məhkəmə də şikayəti qəbul edərək Conniyə Ember Xerdə yaxınlaşmağı qadağan etmişdi.

 Sevinc Xeyrulla

 

Ember Xerd