
Türkiyənin məhşur xalq musiqisi sənətçisi Taşkın Doğanışık vəfat edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllim T. Doğanışık, bu gün səhər saatlarında evində keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, İstanbul Texniki Universitetinin Türk Xalq Musiqisİ (THM) şöbəsinə rəhbərik edən T. Doğanışık – Zara, İzel, Polad, Mahsun Kırmızıgül kimi bir çox sənət adamlarına dərs deyib.
İstanbulda yaşayan xalq musiqisinin sənətçisi T. Doğanışık Zonquldağda doğulub.
Anar
Gununsesi.info









