Məktəb avtobusu minik avtomobili ilə toqquşdu - 1 ÖLÜ, 13 YARALI

  • By admin
  • 07 Noyabr 2017 22:14

Rusiyanın Krasnodar diyarında ağır yol qəzası baş verib.

Gununsesi.info, məktəb avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, qəza zamanı minik avtomobilinin sürücüsü ölüb. Xəsarət alanların vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info