
Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis vilayətindəki təhsil müəssisələrinin birində rüsvayedici hadisə baş verib.
Gununsesi.info sozcu.com.tr-yə istinadən xəbər verir ki, 14 oğlan şagirdinə cinsi istismarda bulunan məktəb direktoru həbs olunub. Məlumatda qeyd olunur ki, Kilisdə yerləşən orta məktəb direktoru M.P. 10 gün əvvəl şagirdlərini zorladığı iddiası ilə həbs edilib və hazırda baş vermiş hadisəni gizli tutmağa çalışırlar.
İddialara görə, AKP-li millət vəkillərindən biri ilə həmyerli olan məktəb direktoru sözügedən hadisə ilə əlaqədar şikayətlərin geri alənmasına və bununla da məsələnin ört-basdır edilmasinə çalışır.
O da bildirilir ki, Milli Təhsil Şöbə direktorlarından biri də baş vermiş olayla bağlı həmin 14 şagirdin valideyni ilə tək-tək görüşüb. Lakin buna rəğmən, məktəb direktoru həbsxanada cinsi istismarla əlaqədar cəza çəkənlərlə eyni kameraya salınıb.
Gununsesi.info








