Məleykə Abbaszadənin qızı qəfil vəfat etdi – FOTOLAR

  • By admin
  • 18 İyul 2020 11:31

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib.

Gununsesi.org bildirir ki, qafqazinfo-nun məlumatına görə, onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib.

Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib.

İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan ölüb.

Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir.

Gununsesi.org