Məleykə Əsədovadan Novruz paylaşımı - Fotolar

Xalq artisti Məleykə Əsədova Novruz ab-havalı fotolarını instaqram izləyiciləri ilə bölüşüb. 

Gununsesi.info xəbər verir ki, aktrisa izləyicilərinə bayram təbriki də yazıb.

“Bütün fəsillər gözəldir… Amma Bahar fəsli isə öz bayramları ilə özəldir. Çiçəklər qədər təravətlı, yeni yaşıllaşmış torpağın qoxusu qədər təmizruhlu olun. Torpaqdan guc almağı, göylərdən arzuladıqlarınızın sağlam canla çin olmasını diləyirəm. Novruz bayramınız mübarək” deyə, M.Əsədova paylaşımında yazıb.