Məmmədyarov: “Münaqişənin substantiv danışıqlar yolu ilə həllində səyləri davam etdirəcəyik”

  • By admin
  • 12 Dekabr 2016 16:51

elmar

Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stefan Viskonti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.inf0-ya verilən məlumata görə, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin intensivləşdirilməsi və mövcud vəziyyətin dəyişdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Nazir  Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcəyini bildirib.

Gununsesi.inf0