Mənə Qazaxıstanda çevriliş təşkil etmək təklif olunmuşdu – Japarov

  • Müəllif: Orxan
  • 19 Oktyabr 2026 13:24

Qırğızıstan Prezidenti Sadır Japarov qazaxıstanlı oliqarx Muxtar Ablyazovun 2020-ci ildə ona Qazaxıstanda dövlət çevrilişi təşkil etməyi təklif etdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, Japarov bu barədə “Super.kg” nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ablyazovla telefon söhbəti 2020-ci ildə baş tutub:

“O, qırğızların üçüncü inqilabı həyata keçirməsini tərifləyirdi. Qazaxıstanda inqilab təşkil etmək üçün Bişkekə gələcəyini deyərək məndən kömək istədi. Cavab verdim ki, qonşu ölkələrin siyasətinə qarışmıram və Qazaxıstanla münasibətləri korlamayacağam”.

Gununsesi.info