“Mən də öz növbəm çatanda peyvənd olunacağam” – Merkel növbəsini gözləyir

  • By admin
  • 31 Dekabr 2020 20:55
Almaniya kansleri Angela Merkel peyvənd kampaniyası çərçivəsində növbəsi çatanda özünün də peyvənd olunacağını açıqlayıb.

Bu barədə o, Yeni il münasibəti ilə xalqa müraciətində deyib: “Hər gün getdikcə daha çox insan peyvənd olunur, addım-addım digər yaş və peşə qruplarına – sonra da istəyən hər kəsə növbə çatacaq. Mən də öz növbəm çatanda peyvənd olunacağam”.

Merkel qeyd edib ki, peyvəndlər 2021-ci il üçün ümid simvollarından biridir.

 

Gununsesi.info