“Mən ölümdən qorxmuram” - Almazbek Atambayev / VİDEO

  • By admin
  • 08 Avqust 2019 10:56

Dünəndən yenidən dünya gündəminə düşən Qırğıstanın keçmiş Prezidenti Almazbek Atambayevlə bağlı müəmma davam edir. 

Gununsesi.org xəbər verir ki, onun baş tutmayan həbs xəbərləri ilə yanaşı, eks-prezidentin bəstələdiyi mahnılar da gündəmdədir.

Onlardan “Mən ölümdən qorxmuram” (“Мне не страшно умирать”) mahnısı bu məqamda daha çox diqqət çəkir və xeyli insan tərəfindən paylaşılır:

Мне не страшно умирать,
Только мало сделано,
Только жаль старушку-мать
И березку белую

Что не сделал, то друзья
За меня доделают,
Расцветет, где лягу я,
Цвет-березка белая.

Qeyd edək ki, Prezident olduğu müddətdə Atambayevin yeni mahnı və ya klip təqdim etməsi ölkə KİV-inin əsas xəbərlərindən olub.

Xatırladaq ki, ötən gün Atambayevin həbsi haqda xəbər yayılsa da, məlumat öz təsdiqini tapmayıb. Hələ də onun iqamətgahı ətrafında tərəfdaşları ilə xüsusi xidmət orqanları arasında gərginlik davam edir.

Gununsesi.org