Mənsum İbrahimov: “Yasamaldakı aksiyanın təşkilatçısı mən deyiləm”

  • By admin
  • 25 İyun 2020 13:48
Dünən sosial şəbəkələrdə Yasamal rayonundakı yaşayış binalarının eyvanına çıxaraq, polisə gül atan və mahnı oxuyan şəxslərin Milli Konservatoriyanın tələbələri olduğu bəlli olub.
Bununla bağlı yazılan qeydlərdə aksiyanın təşkilatçısı kimi xalq artisti, professor Mənsum İbrahimovun adı çəkilib və tənqidlərə məruz qalıb.
Gununsesi.org-a açıqlamasında Mənsum İbrahimov bu aksiya barəsində sosial şəbəkələrdən xəbər tutduğunu deyib:” Mənim bir tələbəm o aksiyada iştirak edib. Bu aksiyanın mənə hər hansı bir aidiyyatı yoxdur”.
Mənsum İbrahimov, həmçinin, polislər üçün dəstək aksiyalarına da normal baxdığını  deyib:”Polisin son zamanlar fədakarlığı böyükdür. Bunu danmaq olmaz. Amma onu da deyim ki, mən bir vətəndaş kimi polisin o məlum hərəkətini- mənzildən vətəndaşı paltarsız çıxarmasını qəbul etmirəm. Bu polis də cəzasını aldı”.
Gununsesi.org