Mənzildə köməksiz qalmış şəxs xilas edilib

  • Müəllif: admin
  • 09 Avqust 2017 09:36

fhn-3

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açaraq vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:48-də başa çatıb.

Anar

Gununsesi.info