Mənzildə qadın meyiti tapıldı

  • By admin
  • 02 Dekabr 2017 16:45


Səbail rayonunda mənzillərdən birində 73 yaşlı qadın meyiti tapılıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1944-cü il təvəllüdlü Teymurova Sədaqət İsrail qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Gununsesi.info