“Məqsəd Azərbaycanın ikili standartdan az əziyyət çəkməsinə nail olmaqdır” - Millət vəkili

  • By admin
  • 10 Sentyabr 2016 11:32
 1463754017
Millət vəkili Rafael Cəbrayılovun müəllifi olduğu “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrası mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsinin Milli Məclisin payız sessiyasının gündəliyinə salınması fikir ayrılığına səbəb olub.  Məsələnin ciddiliyini və qanun layihəsinin hazırlanmasını zəruri edən məsələlərə aydınlıq gətirmək məqsədi ilə Konstitusiya qanunu layihəsinin müəllifi R. Cəbrayılovla söhbətləşdik.
Qanun layihəsinin mahiyyəti və  belə bir qanunun Azərbaycanda qəbulunun zərurəti haqqında Gununsesi.info-ya  açıqlama verən millət vəkili bildirib ki, qanun layihəsinin əsas mahiyyəti istənilən  dövlətlərarası beynəlxalq təşkilatların insan haqqlarının müdafiəsi ilə bağlı çıxardığı qərarın icrasının Konstitusiya Məhkəməsi tərəfindən mümkünlüyünün araşdırılmasına xidmət edir. “Görək bu beynəlxalq təşkilatların insan hüquqları ilə bağlı çıxardığı qərarın  Azərbaycanda icrası mümkündür, ya yox. Yəni, burada hansısa senssasion bir şey axtarmaq düz deyil. Beynəlxalq təşkilatlar insan hüquqlarının müdafiəsi ilə bağlı çıxardıqları qəraraların danışıqsız icra olunmasını tələb edirlər. Bəs, əgər dövlətlərarası təşkilatın çıxardığı qərar Azərbaycan Konstitusiyasına uyğun deyilsə, onda necə? Axı, ierxaxiyada Azərbaycanda birinci yerdə duran Konstitusiyadır.  O baxımdan, hansı beynəlxalq təşkilatın olub-olmamasıdnan aslı olmayaraq, insan hüquqlarının müdafiəsi ilə bağlı çıxardığı qərar Azərbaycan Konstitusiyasına uyğun deyilsə, o,  icra oluna bilməz. Ancaq hansı qərar qüvvəyə minibsə, o qərar icra olunmalıdır”- deyə, R.Cəbrayılov vurğulayıb.
 
R.Cəbrayılov əlavə edib ki, deyilmir ki, dövlətlərarası təşkilatların qəbul etdikləri qərarları icra etmirik: “Biz deyirik ki,  Konstitusiya Məhkəməsi bax gör, bunu Azərbaycanda  icra  etmək mümkündürmü? Bax məsələnin əsl  mahiyyəti bundan ibarətdir. Məqsəd Azərbaycanın ikili standartdan az əziyyət çəkməsinə nail olmaqdır”. Millət vəkili deyib ki, belə bir qanun dünyanın digər ölkələrində, xüsusən də Rusiyada var: “Azərbaycan beynəlxalq təşkilatların Azərbaycanla ikili standartlar baxımından əcaib qərarları var. Biz buna qarşıyıq. Belə hallara son verilməsinin tərəfdarıyıq. Hazırlanan qanun layihəsi də məhz buna xidmət edir”.
 
“İnsan haqları məsələsi həssas bir məsələ olduğundan belə bir qanunun müzakirəyə çıxarılması və qəbul edilməsi Azərbaycanı yeni tənqid hədəflərinə tuş gətirməyəcək ki? Onsuz da Azərbaycan yetərincə, tənqid olunur…”- sualına cavab olaraq millət vəkili bildirib ki, onsuz da,  beynəlxalq təşkilatlar öz mənafelərinə uyğun mövqedən qərarlar qəbul edir. “Hər bir halda  biz belə qərarların qəbul olunmasının və icrasının  əleyhinə deyilik. Biz sadəcə, bu qərarların  Azərbaycan Konstitusiyasına uyğunluluğunun araşdırılmasının tərəfdarıyıq. Əgər qərar Konstitusiyaya uyğun deyilsə, niyə qəbul etməliyik? Hər hansı qərarı kor koranə qəbul etmək olmaz”- deyə, millət vəkili bildirib.
Millət vəkili onu da əlavə edib ki, burada digər bir məqam da var. “Biz  demokratik və insan haqları sahəsində oturuşmuş dövlətlərlə gənc dövlətləri eyni tutmamalıyıq və bu nə nəzəri, nə də praktik cəhətdən düz yanaşmdır.  Axı, gənc dövlətlərdə insan haqqlarının müdafiəsinə baxış  qabaqcıl ölkələrin baxışı ilə eyni ola bilməz. Burada eyni cür yanaşma mümkün deyil. Biz  gənc demokratik ölkəyik. Bizdə demokratik proseslər, insan haqlarının təmin olunması inkişaf mərhələsindədir. Ona görə də, dövlətlərarası beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar Azərbaycan Konstitusiyasına uyğun olmaya bilər. Biz də bax, bunu deyirik və belə halların qarşısının alınmasını istəyirik”- deyə, R. Cəbrayılov bildirib. 
Mürtəza Bünyadlı 
Gununsesi.info