Mərakeşdə ağır yol qəzası oldu: 17 nəfər can verdi, xeyli yaralı var

  • By admin
  • 02 Dekabr 2019 17:03

Mərakeşdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Gununsesi.org–un Morocco World News-a istinadən xəbər verir ki, yol qəzası ölkənin şimalında, Taza şəhərinin yaxınlığında yaşanıb.

Hərəkətdə olan avtobusun sürücüsü idarəetməni itirib, avtobus yoldan çıxaraq aşıb.

Dünən yaşanan qəza nəticəsində 17 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Arzu

Gununsesi.org