
Türkiyənin Muğla vilayətinin Bodrum-Torba 4 yol kəsişməsində avtomobil qəzasında həyatını itirən müğənni Barış Akarsunun anasının yaşadığı ev qarət olunub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hələlik adları istintaqa məlum olmayan bir neçə şəxs Amasra Qum məhəlləsində B.Akarsunun anasının yaşadığı evə daxil olaraq müğənniyə aid mükafatları, papaq, üzük və gitara daxil xeyli sayda qiymətli əşyanı götürüblər.
Belə ki, 28 yaşında övladını itirən ana, oğlunun əşyalarının oğurlanması ilə 2-ci dəfə şok keçirib.
Qeyd edək ki, hazırda polis əməkdaşları faktla bağlı araşdırma aparırlar.

Anar
Gununsesi.info











