Mərkəzi Bank 100 milyon manat cəlb edir

  • By admin
  • 19 Oktyabr 2017 15:36

merkezi bank

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən Gununsesi.info-ya verilən xəbərə görə, oktyabrın 23-də keçiriləcək hibrid depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

“Bloomberg” ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99% təşkil edir.

Gununsesi.info