Mərkəzi Bank uçot dərəcəsini endirdi

  • Müəllif: admin
  • 12 Fevral 2018 12:03

Mərkəzi Bankin İdarə Heyəti uçot dərəcəsinin 15 faizdən 13 faizə endirilməsi barədə qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O qeyd edib ki, uçot dərəcəsinə il ərzində yenə baxılacaq. Məlum oldu ki, uçot dərəcəsinin azaldılmasi istisna deyil.

Mərkəzi Bank sədri deyib ki, faiz dəhlizinin yuxarı həddinin 18 faizdən 16 faizə, aşağı həddi isə 10 faizdən 8 faizə endirilməsi barədə qərar qəbul edilib:

“Faiz dəhlizinin parametrlərinin dəyişdirilməsi haqqında qərar qəbul edilərkən Mərkəzi Bankın İdarə Heyəti xarici və daxili mühitdə baş verən prosesləri nəzərə alıb”.

Gununsesi.info