Mərkəzi Bank valyuta bazarına müdaxilə etməsə, manat kəskin ucuzlaşa bilər - ekspert

  • By admin
  • 01 Sentyabr 2016 11:53

vuqar-1

Mərkəzi Bank valyuta bazarına müdaxilə edib prosesi tənzimləməyincə, manatın zəifləməsi prosesi davam edəcək.
Bunu Gununsesi.info-ya açqlamasında iqtisadçı alim Vüqar Bayramov son günlərdə manatın yenidən  ucuzlaşması prosesinə mövqeyini açqlayarkən deyib.
Onun sözlərinə görə, bu gün valyuta bazarıında dollara təlabat böyük olduğundan manatın zəifləməsi prosesi davam edir və bu proses dollara olan tələbat ödənənədək davam edəcək. “Bu gün bazarda bir milyard dollara yaxın tələbat olsa da, Dövlət Neft Fondu ancaq 50 mln dollar vəsait çıxarır ki, bu da dollara olan tələbatı ödəmədiyindən manatın zəifləməsi prosesi gedir. Nə qədər qəribə olsa da, Mərkəzi Bank valyuta bazarındakı prosesə müdaxilə etmir. Mərkəzi Bankın da bazara müdaxilə etməməsi manatın zəifləməsinə gətirib çıxaran amillərdən biridir” – deyə, ekspert vurğulayıb.
Ekspertin fikrincə, Mərkəzi Bank bazara müdaxilə edib interversiya edərsə, o zaman manatın məzənnəsində sabitləşmə yarana bilər. “Mərkəzi Bank prosesə müdaxilə etmədikcə, biz manatın zəifləməsi prosesini müşahidə edəcəyik. Ancaq Mərkəzi Bank da öz valyuta ehtiyatlarının az olmasını nəzərə alaraq, bazara müdaxilə etməkdən ehtiyatlanır. Çünki son illərdə Mərkəzi Bank manatın sabit saxlanması üçün 12 milyard dollar xərclənsə də, nəticədə manatın yenə ucuzlaşması prosesi davam etdi. Artıq dollar manata nisbətdə 14 faiz mövqeyini möhkəmlədib” – deyə, o, vurğualyıb.
V. Bayramov hesab edir ki, əgər Mərkəzi Bank manatın kəskin zəifləməsində maraqlı deyilsə, o zaman bazar müdaxilə edib konkret addımlar atmalıdır. “Belə ki interversiya etməli, marja yenidən baxıb, onu azaltmalı, hansı ki, bu yolla manatın möhkmlənməsinə nail olmaq olar. Digər bir məqam isə mərkəzləşdirilmiş kreditləri ünvanlı qaydada paylamalıdır ki, bu kreditlər dollar alınmasına yönəlməsin.Özəl banklar kişik biznesin idarəolunmasına verilməlidir.  Özəl bankların kişik biznesin idarəedilməsinə verilməsi həm onların fəaliyyətin güclənməsinə, həm də dollara olan tələbatının ödənilməsinə yardım edər. Bu da nəticə etibarı ilə manatın möhkəmlənməsinə gətirib çıxarar.
Manatın möhkəmlənməsi üçün xarici sərmayə ölkəyə cəlb edilməli, kompleks iqtisadi tədbirlər planı həyata keçirilməlidir. Bu yolla manatın möhkəmlənməsinə nail olmaq olar. Mərkəzi Bank bu addımları atmadıqca manatın zəifləməsi prosesi davam edəcək” – deyə, ekspert qeyd edib.
Ekspert onu da deyib ki, əgər Mərkəzi Bank ciddi surətdə manatın möhkəmlənməsi ilə bağlı ciddi addımlar atmasa və valyuta bazarına müdaxilə etməsə, o zaman manatın kəskin ucuzlaşmasının şahidi ola bilərik. 
Ekspert  bildirib ki, manatın ucuzlaşması ölkədə sosial-iqtisadi vəziyyətə də mənfi təsir edəcək: “Ona görə də hökumət  prosesin qarşısını almaq üçün ciddi tədbirlər planı həyata keçirib, problemli aktivlərin sağlamlaşdırılması istiqamətində addımlar atmalıdır. Problemli aktivlərin sağlamlaşdırılması üçün ilkin olaraq yeni qanunun qəbuluna ehtiyac var. Bunun ardınca problemli aktivlərin, kredirtlərin sağlamlaşdırılamsı üçün də yeni dövlət qurumunun yaradılmasına və proqramlarının qəbul edilməsinə ehtiyac var”.
 
Mürtəza 
Gununsesi.info