
“Mərkəzi Bankda geniş və ciddi iqtisadi islahatlar gündəliyi hazırlanıb və həmənin islahatlar paketini bu günlərdə Maliyyə Sabitliyi Şurasına təqdim edəcəyik”.
Gununsesi.info xəbər verir ki, bunu Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, islahatlar bütövlükdə maliyyə-bank sektorunu əhatə edir:
“Yəni bu paketdə Azərbaycanda banklararası aktiv pul bazarının yaradılması, bunun üçün kredit təşkilatları arasında inamın gücləndirilməsi, zəmanət mexanizminin tətbiqi, nağdsız hesablaşmaların inkişaf etdirilməsi, bütövlükdə nağdsız cəmiyyətə keçid qarşıya məqsəd kimi qoyulub”.
Mürtəza
Gununsesi.info











