Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edildi - FOTO

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımova müşavir təyin edilib.

Gununsesi.info xəbər verir ki, yeni müşavirin adı AMB-nin rəsmi internet səhifəsinə əlavə edilib.

Məlumata görə, yeni müşavir Namiq Sahib oğlu Nağdəliyevdir.

Qeyd edək ki, N.Nağdəliyev 2022-2025-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.

O, noyabr ayının 3-də Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edildi

 

Gununsesi.info