Məscidi özbaşına sökən icra başçısının səlahiyyəti bu şəxsə həvalə olundu

  • Müəllif: admin
  • 03 İyul 2017 13:04
ibrahim
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Sovetski” adlanan ərazidə “Hacı Cavad” məscidinin özbaşına sökülməsinə görə, Yasamal İcra Başçısı İbrahim Mehdiyevi tutduğu vəzifədən azad edib.
Gununsesi.info xəbər verir ki, icra hakimiyyətindən unikal.org-a verilən məlumata görə, keçmiş icra başçısının hələlik yerinə təyinat olmasa da Yasamal rayon İcra Başçısının səlahiyyətlərini RİH başçısının birinci müavini Səməd İslamov icra edir.
İH-dən unikal.org-a bildirilib ki, İcra Hakimiyyətinin əsasnaməsinə görə başçının səlahiyyətlərini müvəqqəti olaraq birinci müavini icra edir.

Gununsesi.info