Məşhur aktrisanı görənlər tanımadı - 25 KQ ARIQLAYIB

  • Müəllif: admin
  • 08 Sentyabr 2017 21:15

ddd_(5)

Bu yaxınlarda lipsaksiya əməliyyatı etdirən məşhurlar sırasına Əməkdar artist Nahidə Orucova da qoşulub.

Gununsesi.info xəbər verir ki, aktrisa öz açıqlamasında yeni görüntüsündən çox məmnun olduğunu bildirib: “Əməliyyatdan sonra mən olduğum kimi görünürəm. 25 kq atmışam və bu gün özümü çox xoşbəxt hesab edirəm. Çünki çox yüngüləm. Camaat yaşa dolduqca qocalır, ancaq mən əksinə cavanlaşıram. Özümə söz vermişəm, cavan qalacam”.

Pəhrizə riayət etmədiyini bildirən sənətçi fikirlərini belə dilə gətirib: “İşimizlə əlaqədar xüsusi pəhriz edə bilmirik. Çünki məşqlərimiz, çəkilişlərimiz, tamaşalarımız olur. Nə var, harada tapdım yeyirəm, aclığı hiss edən kimi əlimə keçəni ağzıma atıb, xırçıldadıram”.

Aktrisa yeni mövsümdə tamaşa, seriallar və filmlərdə rol alacağını da deyib: “Yeni işlərim var. Qabaqcadan deməyi sevmirəm, inşallah görəcəksiniz. İstəyirəm seriallarımızda maarifləndirici nələrsə olsun. Çünki bunları görən insan serialları da izləməyə davam edəcək”.

Gununsesi.info