Məşhur aktrisanın başını gətirənə 1,5 milyon dollar veriləcək

  • By admin
  • 20 Noyabr 2017 21:46


Hindistanda “Padmavati” adlı filmin rejissoru Sanjay Lila Bhansali və baş rol ifaçısı, aktrisa Dipika Padukon ölümlə hədələnib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, iqtidardakı Bharatiya Janata Partiyasının Haryana ştatındakı nümayəndəsi Suraj Pal Amu onların başını gətirənə 1,5 milyon dollar mükafat verəcəyini bildirib.

Buna səbəb filmin ssenarisidir. Belə ki, ekran əsəri Dehlinin müsəlman sultanı Ələddin Halaci və Hindistan kraliçası Rajputdan bəhs edir. Filmdə Ələddinə təslim olmayan Rajput özünü öldürür.

Suraj isə iddia edir ki, rejissor filmi hazırki dövrdə sultan və kraliça arasında romantik münasibət varmış kimi təqdim edib. O, “Padmavati”nin nümayişinə icazə verməyəcəyini bildirib.

Qeyd edək ki, D.Padukon daha çox baş rolda Şah Ruk Xanın oynadığı “Om Şanti Om” filmi ilə yadda qalıb.

Gununsesi.info