Məşhur aktrisaya qarşı sərt reaksiya - “ƏRƏ GETMƏMİŞ HAMİLƏ QALMISAN”

  • By admin
  • 19 Mart 2018 09:00

Ana olan “Kırgın çiçekler”in aktrisası Gökçe Akyıldız sosial şəbəkədə körpəsi haqda nalayiq şərh yazanlara əsəbiləşib.

Gununsesi.info xəbər verir ki, ötən ilin iyulunda Mustafa Özyurtla ailə quran 25 yaşlı aktrisa erkən doğuş edib. Sosial şəbəkə izləyicilərindən bəziləri isə Gökçenin ana olması ilə bağlı ona “Ərə getmədən hamilə qaldın?” sualını ünvanlayıblar.

Akyıldız buna əsəbiləşərək “Əxlaqsız namus keşikçiləri! Erkən doğulmuş şüşə altında olan uşağım haqqında yazdığınız iyrənc şərhlərinizdən mən utanıram. Allahdan qorxmursunuz? Yazığım gəlir sizə. Rədd olub gedin ətrafımızdan” cavabını yazıb.

Gununsesi.info