Məşhur aktyorun 15 milyon dollarlıq evi sel sularının altında qalıb - FOTOLAR

  • By admin
  • 24 Fevral 2020 12:20

Hollivud ulduzu Corc Kluninin Böyük Britaniyadakı əmlakı daşqınlar səbəbindən sel sularının altında qalıb.

Gununsesiaz.info bildirir ki, bu barədə “Daily Mail” xəbər verir.

Nəşr vurğulayıb ki, məşhur aktyora məxsus ərazidə yerləşən tennis kortu və yay evinin verandası su altında qalıb.

Qeyd edək ki, Böyük Britaniyada “Dennis” fırtınası daşqınlara səbəb olub. Əlverişsiz hava səbəbindən Temza çayı daşıb.

Corc Kluni əmlakı 2014-cü ildə alıb. Əmlak 9,7 milyon dollara satışa çıxarılıb. Amma aktyorun mülkə nə qədər pul ödədiyi məlum deyil.

Hazırda mülkün dəyəri 15,5 milyon dollar qiymətləndirilir.

Gununsesiaz.info