Cazibədar modellə eşq yaşayan futbolçudan gözlənilməz addım - FOTOLAR

  • By admin
  • 14 Fevral 2020 09:38

“Mançester Siti”nin braziliyalı ulduzu Qabriel Jesus karyerasına köklənmək istədiyini söyləyərək, model sevgilisi Fernanda Queriozdan ayrılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Sosial şəbəkə paylaşımları ilə hər dəfə sevgilisi ilə çox xoşbəxt olduğunu vurğulayan futbolçunun bu qərarı təəccüblə qarşılanıb.

Futbolçu heç kimə bağlanmaq istəmədiyini və məqsədinin karyerasına köklənmək olduğunu söyləyərək sevgilisini tərk edib.