Məşhur futbolçunun yeni klubu açıqlandı

  • By admin
  • 02 Avqust 2019 14:47

 

 

Braziliya millisinin ulduz futbolçusu Dani Alveşin yeni klubu açıqlanıb.

Gununsesi.org xəbər verir ki, təcrübəli futbolçu karyerasını ölkəsində davam etdirəcək.

 36 yaşlı Alveş “San Paulo” klubu ilə 2022-ci ilin dekabrına qədər müqavilə imzalayıb. O, yeni klubunda 10 nömrəli formanı tərlədəcək.

Qeyd edək ki, son olaraq PSJ-də çıxış edən Alveş yeni klubuna azad agent kimi keçib.

 Gununsesi.org