Məşhur modelə cinayət işi açıldı

  • By admin
  • 24 Mart 2019 10:51

Türkiyənin məşhur modeli Didem Soydana qarşı cinayət işi açılıb. 

Gununsesi.org türk mediasına istinadən xəbər verir ki,  Kiber Cinayətlərə qarşı Mübarizə İdarəsi modelin sosial şəbəkələrdə paylaşımları ilə bağlı Baş Prokurorluğa müraciət edib. O, terror qruplaşmalarının təbliğində ittiham olunur.