Məşhur modeli “soyundurdular” - FOTOLAR

  • Müəllif: admin
  • 08 Sentyabr 2017 21:30

nintchdbpict000350483189

“Playboy” jurnalının məşhur argentinalı modeli Viktoriya Sipolitakis qeyri-adi geyimdə Nyu York metrosuna minib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qeyri-adi geyimin üzərinə dollarlar yapışdıran model ətrafdakı insanlardan, xüsusilə kişilərdən onun üzərindəki pullardan götürməyi xahiş edib.

Paltarından pul qopardan sərnişinlərlə şəkillər çəkdirən model xüsusilə evsiz insanlara diqqət yetirib.

Viktoriya deyib ki, o, həyatda nail olduğu uğurları insanlarla bölüşmək üçün belə bir addım atıb:

“Mən həyatda hər şeyə nail olmuşam. Artıq nail olduqlarımı layiq olanlar və ehtiyacı olanlarla bölüşmək istəyirəm”.

Qeyd edək ki, model, ilk dəfə sərnişin təyyarəsinin kabinəsində çəkdirdiyi fotonu sosial şəbəkələrə yükləyərək məşhur olmuşdu. İcazəsiz çəkilən fotoya görə pilotlarla birlikdə işdən azad edilmiş və 10 min dollar məbləğində cərimə ödəmişdir. O, həm də 1 il müddətinə ictimai işlərdə çalışa bilməyib.

nintchdbpict000350483189

 

nintchdbpict0003504833101

 

285bc7a461278b65f801481664987c2d

 

35351013bfa5b3804833045a957bbe0b

Gununsesi.info