Məşhur müğənni 4-cü dəfə ata oldu

  • By admin
  • 18 Sentyabr 2017 21:46

20160531121912-61539-13

Gununsesi.info xəbər verir ki, bu gün tanınmış müğənni Elçin Hüseynov 4-cü dəfə ata oldu. İki qızı, bir oğlu olan müğənninin daha bir oğlu olub.

Oğluna hələ ki ad qoymadan, Elçin Hüseynov konsert turuna çıxmaq qərarına gəlib. Yeni doğulan övladının ona uğur gətirdiyini düşünən Hüseynov konsert turuna Tehran şəhərindən başlayır. Konsert turunun təşkilatçılığını da Elçin öz öhdəsinə götürüb. Belə ki, ilk konsertini 19 sentyabrda Tehranın ən böyük konsert sarayı olan “Vizarəti Kişvər” də verən Elçin Hüseynov həmkarları əməkdar artist Baloğlan Əşrəfov və Namiq Qaraçuxurlu ilə də eyni səhnəni paylaşacaq.

“Bu layihə mənim özümə məxsusdu. İranın bütün şəhərlərində konsert verəcəm. İranlı təşkilaçı Yaşar Azərtaşla  özüm təşkil edəcəm bu konsertləri. Qeyd edim ki, bu layihəmizlə Azərbaycan musiqisinin ən böyük və möhtəşəm olayını yaradacağıq. İlk dəfə İranın Tehran şəhərində konsert verəcəm. Və hər dəfə bu konsertlərə iki həmkarımla səhnəni bölüşəcəm. Tehranın hər küçəsində afişalarımız asılıb və konsertimizə 3700-lük yerə olan biletlər artıq satılıb. Bilirsiz ki, Tehranda konsert vermək çox çətindir. Və deyərdim ki, mümkünsüz bir şeydir. Amma, bu ağır məsuliyyəti bir Azeraycanlı müğənni olaraq öz üzərimə götürmüşəm. Sənətimdə bir tarix yazmaq istəyirəm. Konsertdə öz “NİEL” ansamblımla iştirak edəcəm. Çox gözəl musiqilər, ifalar hazırlamışam. Təsəvvür edin, bizi orda o qədər sevirlər ki, Təbriz şəhərinin ən böyük konsert zalında 3 seans konsert verməmizi istəyirlər. Yəni ki, bir gündə 3 konsert. Bu, qürurverici bir şeydir bir sənətçi üçün”.

Gununsesi.info