
Məşhur pop ustası Hadisə Türkiyənin Maçka qəsəbəsindəki oteldə yaraşıqlı bir gənclə yaxalandı.
Gununsesi.info-nun “habertürk”ə istinadən verdiyi məlumata görə, Hadisə otelə məxsus mikroavtobusla gəlib, oğlan isə öz avtomobili ilə onu təqib edib.
Onlar ətrafdakıların diqqətini cəlb etməmək üçün ayrılıqda otelə daxil olublar. Hadisə hətta özünü mediadan gizlətmək üçun başını əyərək, əllərini üzünə tutub.
Daha sonra Hadisə otelin restoranında yaraşıqlı gənclə birlikdə nahar edərkən görüntülənib.



Gununsesi.info












