Məşhur müğənni xəstə azyaşlıya evində konsert verdi - FOTOLAR / VİDEO

  • By admin
  • 13 Yanvar 2020 16:53

Türkiyəli müğənni Haluk Levent onu sevən 15 yaşlı yataq xəstəsinin arzusunu reallaşdırıb.

Gununsesi.org Sondakika.com-a istinadən xəbər verir ki, müğənni Bursada yaşayan, üç ildir yataq xəstəsi olan Gökdenizin yanına gedərək ona süpriz edib

. İfaçı xüsusi aparata bağlı olan Gökdeniz üçün evdə mini konsert verib.

Gökdeniz bir müddət öncə Haluk Leventi çox sevdiyini və onu görmək istəyini bildirmişdi.

Gununsesi.org