Məşhur müğənninin evindən 50 min dollarlıq əşyalarını oğurladılar

  • By admin
  • 20 Oktyabr 2017 23:05

592320

Amerikalı müğənni Meray Kerinin evində oğurluq hadisəsi baş verib.

Gununsesi.info xarici mətbuata istinadən bildirir ki, müğənninin Los-Ancelesdəki evinə girən naməlum şəxslər onun 50 min dollar dəyərində olan aksessuarlarını oğurlayıblar.

Aksessuarlar arasında ən çox ifaçının bahalı eynək və pulqabılarının olduğu bildirilir.

Məlumata əsasən, evə girən şəxslər sənətçinin Nyu-Yorkda olduğunu biliblər.

Hazırda gecə təxminən saat 03:00 radələrində baş verən insidentin kimin tərəfindən törədildiyi araşdırılır.

Gununsesi.info