Məşhur narkobaron illər sonra həbs edildi

  • By admin
  • 14 Aprel 2020 21:58

Mozambikdə 1998-ci ildə həbsxanadan qaçan braziliyalı məşhur narkobaron Jilberto Aparesido duş Santuş saxlanılıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Uzun illər ərzində Jilberto duş Santuş dünyanın ən çox axtarılan cinayətkarları siyahısında olub. Mozambik polisi narkobaronu braziliyalı həmkarları ilə birgə yaxalayıb.

Qeyd edək ki, Jilberto duş Santuş 1998-ci ildə həbsdən qaçıb. O, “Birinci Paytaxt Komandası” kriminal qrupuna rəhbərlik edib.

“Birinci Paytaxt Komandası” 1993-cü ildə yaradılıb, hazırda Braziliyanın ən böyük cinayətkar dəstəsidir və 13 min üzvü var.

 

 

 

Gununsesi.org