Məşhur nehrəmli iş adamı məhkəmə qarşısına çıxarılır - DƏLƏDUZLUQ İTTİHAMI VAR

  • Müəllif: admin
  • 13 Noyabr 2018 11:52

Qalmaqallı iş adamları kimi tanınan İbrahimov qardaşlarından biri Sahib İbrahimovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Gununsesi.org-un xəbərinə görə, məhkəmə iclası noyabrın 21-də hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutacaq.

Qeyd edək ki, iş adamı Sahib İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Bildirək ki, S.İbrahimov həbs edilmiş daha sonra isə ev dustaqlığına buraxılımışdı.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

O, mənzil satışında dələduzluq etməkdə ittiham edilir.

 

Gununsesi.org