Məşhur prodüser ikinci dəfə ərə gedir

  • By admin
  • 01 Sentyabr 2016 16:40
produser3
Prodüser Humay Muxtarova ailə qurmağa hazırlaşır.
Gununsesi.info Musavat.com-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən prodüser şəxsi həyatından danışıb.
Gəlinliklə kamera qarşına keçən Humay Muxtarova bildirib ki, tezliklə nişanlanacaq: “Yeni fotosessiya üçün gəlinlikdə kamera qarşısına keçdim. Fotoları sosial şəbəkədə paylaşdım. Dost-tanış hər kəs mənə zəng etdi ki, ikinci dəfə ailə qurursan? Bəy kimdir? Sualları cavabsız qoymaq istəmirəm. Bəli, həyatımda sevib-seçdiyim şəxs var. Ailə qurmağa hazırlaşırıq. Öz aramızda sözlənmişik. Tezliklə, nişanlanacağıq. Sentyabrın 7-də doğum günümdür. Şəhər restoranlarının birində dost-tanışı başıma toplayıb, təmtəraqlı qeyd edəcəyəm. Həmin gün sözlümü ictimaiyyət qarşısına çıxaracağam. Münasibətimizdə hər şey yolundadır. Allah qismət etsə, tezliklə toy olacaq”.
Qeyd edək ki, Humay Muxtarova bir dəfə ailəli olub. Onun ilk nikahından Nuray adlı bir qızı var.
produser4
produser2
produser1
produser
Gununsesi.info