Məşhur “qanuni oğru” prezidenti məhkəməyə verdi - FOTO

  • By admin
  • 25 Yanvar 2022 16:17

Gürcü mənşəli “qanuni oğru”, Fransada ömürlük həbs cəzası çəkən “Kaxa Rustavi” ləqəbli Kaxa Şuşanaşvili Gürcüstan prezidenti Salome Zurabişviliyə qarşı məhkəmə iddiası qaldırıb.

Gununsesi.info “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, Kaxa Şuşanaşvili  Gürcüstan vətəndaşlığının ona qaytarılmasını tələb edib.

Prezidentin vətəndaşlığa xitam verilməsi haqqında fərmanı Ədliyyə Nazirliyinin Şuşanaşvilinin 2015-ci ildə Rusiya vətəndaşlığını alması ilə bağlı gəldiyi qənaətə əsaslanıb. Vəkil isə bu sənədin həqiqi olmadığını iddia edir, çünki Şuşanaşvili həmin vaxt Marsel həbsxanasında artıq cəza çəkirdi.

“O, məhkəməyə müraciət edib. Biz məhkəmə yolu ilə prezidentin imzaladığı fərmanın ləğvini tələb edirik”, – deyə kriminal avtoritetin qızı Tatia Şuşanaşvili telekanalın efirində bildirib.

Artıq Tbilisi Şəhər Məhkəməsi Şuşanaşvilinin iddiasını icraata qəbul edib. Təqsirləndirilən şəxs, prezidentdən əlavə, Ədliyyə Departamenti Xidmətlərinin İnkişafı Agentliyidir.

Tatia Şuşanaşvilinin sözlərinə görə, onun atası 12 ildir ki, Marsel həbsxanasındadır. Fransa məhkəməsi onu 2010-cu ildə kriminal dairələrdə “Lado” kimi tanınan “qanuni oğru” Vladimir Canaşiyanı sifarişlə qətlə yetirməkdə təqsirli bilib.

“Kaxa Rustavski” qızının dediyi kimi, karserdə cəza çəkir, səhhəti pisləşir, ona görə də vətəninə ekstradisiya olunmaq istəyir və bunun üçün ona Gürcüstan pasportu lazımdır.

“Rustavi 2”nin məlumatına görə, Şuşanaşvilidən başqa, digər “qanuni oğrular” da prezidentə qarşı iddia qaldırıblar. Söhbət əsasən 2013-18-ci illərdə Gürcüstan məhkəmələri tərəfindən bəraət qazanan, lakin bəraət hökmü elan edildikdən sonra hələ də ölkəni tərk etməli olan “qanuni oğrular”dan gedir.

 

Gununsesi.info