Məşhur şoumen yenidən xəstəxanalıq oldu

  • By admin
  • 30 Oktyabr 2019 12:32

Türkiyənin məşhur şoumeni Mehmet Ali Erbil xəstəxanaya aparılıb.

Guunusesi.org xəbər verir ki, aktyor-aparıcı ürək çatışmazlığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

M. A. Erbilin mətbuat xidməti məlumatı təsdiq edib, lakin aparıcının səhhətinin ötən gecə ağır yeməklər yediyi üçün pisləşdiyini bildirib.

Xatırladaq ki, Erbil bundan öncə bel sümüyü sındığına görə 235 gün xəstəxanada yatmışdı.

 

Gununsesi.org