Məşhur tiktoker də həbs olundu

  • By ilhame
  • 09 Aprel 2024 20:38

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

 

Gununsesi.info-ya DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov da saxlanılıb.

Müvafiq qərarla Ə.Məhərrəmov 20 sutka inzibati qaydada həbs edilib.

Xatırladaq ki, “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə də internetdə yayılması qadağan edilən məlumatlar paylaşıb. Bu səbəbdən onun barəsində də 30 sutka inzibati qaydada həbs seçilib.

Gununsesi.info