Məşhur türk aktyor yenidən mavi ekranlara qayıdır

  • By admin
  • 17 İyun 2016 15:23

kivanch

 

Kıvanç Tatlıtuğ yenidən ekrana qayıdacaq. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, son dəfə “Qurd Seyid və Şura” ilə ekranlarda görünən Kıvanç Tatlıtuğ iki il fasilədən sonra yenidən izləyicilərinin qarşısına qayıdır. “Ay Yapım” şirkətinin  çəkəcəyi serial yeni mövsümdən ekranlarda olacaq. Artıq aktyorun  tərəf müqabilinin kim olacağı da bəllidi. Tatlıtuğ, serialda Tuba Büyüküstün ilə rol alacaq. Tuba Büyüküstün sonuncu dəfə “Kara para aşk” serialı ilə tamaşaçı sevgisini qazanmışdı. Serialın necə adlandırılacağı isə hələ açıqlanmır.

Sevinc Xeyrulla