Məşhur türkiyəli modelyer şəhidlərimizdən yazdı - FOTOLAR

  • By admin
  • 15 İyul 2020 13:33

Türkiyəli məşhur müğənni Mahsum Kırmızıgüldən sonra modelyer İvana Sərt də Tovuz istiqamətində döyüşlərdə həlak olan şəhidlərlə bağlı paylaşım edib. 

Gununsesi.org Musavat.com-a istinadla xəbər verir ki, modelyer ötən gün vəfat edən 7 şəhidin şəklini yayımlayıb. O, Azərbaycan xalqına başsağlığı verib.

Qeyd edək ki, M. Kırımzıgül sosial mediada general-mayor Polad Həşimovla bağlı paylaşım edib.
“Uğurlarına görə ona hədiyyə edilən evi şəhid övladlarına bağışlayan, xidməti maşını nazirliyə təhvil verib, işə metro ilə gedən general Polad Həşimov şəhid olub. Azərbaycan şəhidlərinə Allah rəhmət eləsin”-, deyə müğənni bildirib.

Gununsesi.org