Məşhur vəkilin avtomobili soyğuna məruz qaldı - FOTOLAR

  • By admin
  • 08 Noyabr 2020 14:53

Azərbaycanın tanınmış vəkillərindən olan Bəhruz Bayramovun avtomobili soyğunçuluğa məruz qalıb.

Bu barədə Gununsesi.info-ya xəbər verən Bəhruz Bayramovun sözlərinə görə, onun avtomobili yaşadığı Nəsimi rayonu Cavadxan küçəsində olub:

“Bu gün istirahət günü olduğundan günorta saatlarında həyətə düşdüm və atomobili görəndə təəcübləndim. Avtomobilin şüşəsi sındırılıb, içərsində olan bütün sənədlər dağıdılıb, avtomobilin sükanında ağ rəngli tozlar gördüm, nə olduğunu bilmirəm. Hazırda DİN-nin “102” xidmətinə zəng vurmuşam. Araşdırılacaq və bəlli olacaq ki, bu nə məqsədlə edilib.”

 

Gununsesi.info